SON XƏBƏRLƏR

Təbrizdə beynəlxalq "Anti-terror" təlimləri keçiriləcək

2025.10.29, 12:23
Təbrizdə beynəlxalq "Anti-terror" təlimləri keçiriləcək

Dekabrın 4-də Təbrizin yaxınlığında Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin iştirakı ilə “Səhənd-Anti-Terrorizm-2025” adlı birgə təlim keçiriləcək.

Gunaz.tv

Bu haqda ŞƏT-in Regional Terrorla Mübarizə Strukturunun İcraiyyə Komitəsinin sədri Olarbek Şarşiyev məlumat yayıb.

"Bu təlim üçün dəvətnamələr və proqram tezliklə iştirakçılara və müşahidəçilərə göndəriləcək",- o bildirib.

Xəbərin yayılması Güney Azərbaycan sosial media kanallarında müzakirə mövzusuna çevrilib.

Onlar, təlimin heç bir terror hadisələrinin qeydə alınmadığı bölgədə keçirilməsinin anlaşılmaz olduğunu, Tehranın bununla hansısa siyasi mesajlar verdiyini bildiriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar