SON XƏBƏRLƏR

İsrailin hücumu nəticəsində 1200 iranlı həlak olub

2025.10.29, 14:13
İsrailin hücumu nəticəsində 1200 iranlı həlak olub

12 günlük İran-İsrail müharibəsi zamanı 18 əyalətfə ümumilikdə 1200 nəfər həlak olub.

Gunaz.tv

Bu haqda İran Tibbi Ekspertiza Mərkəzi məlumat yayıb.

"Ölənlərin 560 nəfəri Tehran əyalətinə, 640 nəfəri isə başqa 17 əyalətin payına düşür",- məlumatda bildirilib.

Bundan əvvəl İran hökumətinin sözçüsü Fatimə Mühacirani 1060 nəfərin həlak olduğunu deyib.

O, həlak olanların 75%-nin hərbçilər olduğunu söyləyib.

Mühaciraninin bu açıqlaması, bəzi İran və ona bağlı mənbələrin İsrailin mülki vətəndaşları da hədəf alması barədə iddialarını təkzib edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar