SON XƏBƏRLƏR

İran yeni televizya kanalı yaradır

2025.11.05, 11:06
İran yeni televizya kanalı yaradır

İran Yayım Korporasiyasının ivrit dilində beynəlxalq televiziya kanalı yaratatmasına göstəriş verilib.

Gunaz.tv

Bu haqda İran Mədəni İnqilab Ali Şurası məlumat yayıb.

Məlumata görə, televizya kanalının yaradılması barədə qərar, şuranın Məsud Pezeşkianın başçılığı ilə keçirilən iclasında qəbul olunub.

"İbrani dilində televizya kanalının yaradılmasında məqsəd İsrail mediası və ona bağlı başqa mediaların təbliğatına uyğun reaksiya və cavab verməkdir",- İran Ali Mədəni İnqilab Şurası bildirib.

Qeyd edək ki, İran başqa dillərdə kanallar yaratmaqla xaricdəki təsirini artırmağa çalışır. 

İran Yayım Korporasiyası artıq ingilis, ispan və ərəb dillərində kanallar istifadəyə verib və bu bəhanə ilə Əli Xameneinin nəzarəti altında olan bu qurumun illik büdcəsinə bir neçə dəfə artırılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar