SON XƏBƏRLƏR

Tahir Nəqəvinin durumu ağırlaşıb

2025.11.06, 12:08
Tahir Nəqəvinin durumu ağırlaşıb

Aclıq eyləmini davam etdirən Azərbaycanlı vəkil Tahir Nəqəvinin durumu ağırlaşıb.

Gunaz.tv

5 noyabr tarixində Tahir Nəqəviyə baş çəkən ailə üzvləri onun durumu ilə bağlı narahatlıqlarını bildiriblər.

Xatırladaq ki, Tahir Nəqəvi ilə yanaşı, Evin həbsxanasında saxlanılan digər azərbaycanlı fəal Vədud Əsədi də aclıq eyləmini davam etdirir.

Tahir Nəqəvinin həyat yoldaşı və bacısının tələblərindən sonra həbsxana rəhbərliyi onlara bir neçə dəqiqə elefon danışığı aparmağa imkan verib.

Telefon danışığı zamanı Tahir Nəqəvi saxlanıldığı palatada, son bombardımandan sonra, vəziyyətin pis olduğunu bildirib. Aclıq eyləminə davam edəcəyini qeyd edən azərbaycanlı vəkil buna görə ailəsindən üzr istəyib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar