SON XƏBƏRLƏR

Qızılhisar həbsxanasında məhbus intihar edib.

2025.11.07, 15:09
Qızılhisar həbsxanasında məhbus intihar edib.

Kərəc şəhərinin Qızılhisar həbsxanasında məhbus intihar edib.

Gunaz.tv

Bu barədə insan ahqları təşkilatları məlumat yayıb.

Hadi Rzayi adlı məhbusun metadon həbsləri içərək həyatına son qoyduğu bildirilib.

Narkotik maddələrin qaçaqmalçılığına görə saxlanılan Rzayinin, barəsində irəli sürülən ittihamın saxta olduğuna və işə yenidən baxılması tələbinin rəd edildiyinə görə intihar etdiyi bildirilib.

Qeyd edək ki, insan haqalrı təşkilatlarının məlumatıa görə, ötən il İran həbsxanalarında ən azı 32 məhbus həlak olub.

Onlardan 5-i xəstəlikdən, 20-i intihar səbəbindən həyatını itirib, 7 məhbus isə öldürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar