SON XƏBƏRLƏR

Vədud Əsədinin oğlu Atila Əsədi Azərbaycan xalqına müraciət edib

2025.11.08, 10:30
Vədud Əsədinin oğlu Atila Əsədi Azərbaycan xalqına müraciət edib

"Zülm qarşısında səssiz qalmayın və məhbusların səsi olun."

Gunaz.tv

Bu sözləri milli fəal Vədud Əsədinin oğlu Atilla Əsədi xalqa müraciətində deyib.

Hazırda Azərbaycan Milli Hərəkatının fəalları Tahir Nəqəvi və Vədud Əsədi aclıq eyləmi keçirirlər və onların durumu ağır olaraq qiymətləndirilir.

Atila Əsədinin sözlərinə görə, Vədud Əsədi artıq 11 gündür ki aclıq eləmi keçirir.

Xatırladaq ki, 5 noyabrda Azərbaycanlı vəkil Tahir Nəqəvinin ailəsi onunla görüşmək üçün həbsxanaya getmiş, ancaq həbsxana rəhbərliyi buna imkan verməmişdir. Yalnız Tahir Nəqəvi bəyin ailə üzvlərinin bir neçə saat davam edən təkidlərindən sonra onunla telefon danışığı aparmalarına şərait yaradılmışdır.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar