SON XƏBƏRLƏR

Sayınqala sakinləri şəhərin bölünməsi planına etiraz edirlər

2025.11.11, 11:00
Sayınqala sakinləri şəhərin bölünməsi planına etiraz edirlər

Bir qrup Sayınqala sakini şəhərin bölünməsi planına qarşı olduqlarını bildirən bir petisiya imzalayaraq onu bölgə nümayəndəsi Məhəmməd Mirzəyə təqdim etdilər.

Gunaz.tv

Sakinlər bu planın həyta keçiriləcəyi təqdirdə yaranacaq iqtisadi və təhlükəsizlik problemlərindən narahatlıqlarını ifadə edir və bunun bölgə üçün düzəlməz nəticələr verəcəyini bildirirlər.

Qərbi Azərbaycanda yerləşən Sayınqala öz geosiyasi mövqeyinə görə bölgə üçün mühüm önəm kəsb edir. Etirazçılar hesab edirlər ki, bu şəhərin kiçildilməsi və Sayınqala və Keşövur adlı iki şəhərə bölünməsi bütün Güney Azərbaycan bölgəsinə mənfi təsir göstərə bilər.

Son illərdə regionda bir neçə yeni "şəhərcik" yaradılıb, 24.000 əhalisi olan Baroq, 27.000 əhalisi olan Çaharborc və 25.000 əhalisi olan Leylan buna örnək sayıla bilər. Etirazçılar bu ərazilərin inkişaf potensialının olmadığını və şəhərə çevrildikdən üç il sonra infrastrukturda heç bir irəliləyiş olmadığını, əksinə, bu addımın regiondakı əsas şəhərləri zəiflətmək üçün atıldığını deyirlər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar