SON XƏBƏRLƏR

Sayınqalada Dəmir Aşığın heykəlinin üstü örtülüb

2025.11.11, 11:35
Sayınqalada Dəmir Aşığın heykəlinin üstü örtülüb

Sayınqala vətəndaşlarının xahişi və bu şəhər bələdiyyəsinin səyləri ilə şəhərin girişində quraşdırılan Dəmir Aşığın heykəli bannerlərlə örtülüb.

Gunaz.tv

Məsələ ilə bağlı tanınmış Azərbaycan sənədli filmlərinin rejissoru Məhəmməd Əlimuradi özünün sosial media hesabında yazıb.

"İranın hər yerində dövlət hesabına və rəsmi təbliğatla "Oxatan Ərəş"dən "Rüstəm"ə və "Şapur"a qədər fars heykəlləri və simvolları qoyulduğu günlərdə Qərbi Azərbaycanın Sayınqala şəhərində "Dəmir Aşıq" heykəli bannerlərlə örtülüb. Görünür, bu torpaqda canlı və sevilən türk mədəniyyətinin simvolunun olması hakimiyyətin rəsmi narrativinə təhdiddir." - deyə o bildirib.

Məhəmməd Əlimuradi aşığın separatizm simvolu və ya siyasi şüar olmadığını vurğulayıb. "O, Azərbaycan xalqının və bütün İran türklərinin sevgisinin, dilinin, poeziyasının və xatirəsinin simvoludur." - Əlimuradi qeyd edib.

Rejimin ölkədəki türklərə qarşı belə ikili yanaşması ölkədə fars faşimnin durmadan yüksəlməsini açıq göstərir. Rejim bu yolla İranı təkdilli və monoetnik dövlətə çevirməyə çalışır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar