SON XƏBƏRLƏR

Əhvazda ərəblərə qarşı repressiya- Onlarla şəxs həbs edildi

2025.11.11, 15:56
Əhvazda ərəblərə qarşı repressiya- Onlarla şəxs həbs edildi

Özünü yandıran 20 yaşlı gənc Əhməd Baledinin Əhvazın taliqani xəstəxanasında ölüm xəbərinin yayılmasından sonra yüzlərlə ərəb xəstəxana qarşısına toplaşıb.

Gunaz.tv

Bu haqda yerli ərəb mənbələr məlumat yayıb.

Xəstəxana qarşısında izdihamı dağıtmaq üçün polis və təhlükəsizlik qüvvələri cəlb olunub, onlarla şəxs saxlanılaraq naməlum yerə aparılıb.

Məlumata görə, həbs oluanlar arasında hadisəni işıqlandran media fəalları və juralistlər, o cümlədən Həsən Salamat, Cavad Saedi və Seyyid Sadiq Albuşuke də var.

Hökumət məmurlarının Taliqani xəstəanasını mühasirəyə aldıqları, giriş-çıxışa ciddi nəzarət edildiyi bildirilir.

Qeyd edək ki, noyabrın 2-də Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində hökumət məmurları Əhməd baledinin işlətdiyi köşkü söküb, onun anasını döyüblər.

20 yaşlı ərəb gənc məmurların özbaşınalığıa etiraz olaraq özüü yandırıb və 70 faiz yanıq proqozu ilə şəhəri Taliqani xəstəxanasına köçürülüb.

O, həkimlərin səyinə baxmayaraq bu gü səhər saatlarında həyatını itirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar