SON XƏBƏRLƏR

Həbs olunan milli fəallar döyülüblər

2025.11.12, 12:36
Həbs olunan milli fəallar döyülüblər

Evin həbsxanasının qarşısında həbs olunan milli fəallar döyülüblər.

Gunaz.tv

Əli Xeyrcunun dişləri və Behzad Dəştinin burnu ağır xəsarət alıb.

Dünən səhər Evin həbsxanası qarşısında oturaq eyləm keçirən zaman saxlanılan milli fəalların həbsxanada işkəncələrə məruz qaldıqları və döyüldükləri bildirilir.

Məlumata görə dünən saxlanılan fəallar Abbas Lisani, Əli Xeyrcu, Yusif Kari, Behzad Dəştiyə qarşı aşağıdakı ittihamlar irəli sürülüb:

 "Qanunsuz qrup yaratmaq və ona rəhbərlik etmək", "Milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əməkdaşlıq etmək" və "İctimai asayişi pozmaq."

Dindirmə zamanı saxlanılanlar təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məruz qaldıqları döyülmələrə etiraz ediblər və məhkəmə həkiminə göndərilmələrini tələb ediblər, lakin iş üzrə müstəntiq onların müqavimət göstərdiklərini iddia edərək bu tələbi rədd edib.

 

C

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar