SON XƏBƏRLƏR

İran əhalisinin 40%-i yoxsuldur - Zağfər

2025.11.12, 13:29
İran əhalisinin 40%-i yoxsuldur - Zağfər

Hesablamalara görə, ölkə əhalisinin təxminən 40 faizi mütləq yoxsulluq içindədir və 7 milyon insan, bütün gəlirlərini yeməyə xərcləsələr belə, yenə də kifayət qədər kalori qəbul edə bilmir, qidasız və acdırlar. Bu insanlar yoxsulluq deyil, aclıq həddindən aşağı hesab edilməlidir.

Gunaz.tv

Bunu tanınmış iqtisadçı və Tehran universitetinin professoru Hüseyn Zağfər deyib.

“Bu gün korrupsiya ayrı-seçkilik, ədalətsizlik və geniş yayılmış yoxsulluğun əsas səbəbidir",- o əlavə edib.

O, hakimiyyət daxilində inhisarçı təbəqənin yarandığını və əsas sərvətlərə nəzarət etdiyini bildirib:

"Bir tərəfdən yoxsulluq artır, digər tərəfdən isə sistem daxilində təsir gücünə malik və siyasətin formalaşdırılmasını öz xeyrinə çevirən kiçik, ancaq çox varlı bir təbəqə yaranıb”.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar