SON XƏBƏRLƏR

Həmədanlı məhbus intihar etdi

2025.11.12, 15:39
Həmədanlı məhbus intihar etdi

Həmədan əyalətinin Məlayer şəhərinin həbsxanasında saxlanılan məhbus Əbülfəz Hüseyni intihar edib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məhbus B2 həbi (Buprenorfin) içərək özünü öldürüb.

kütləvi dava zamanı saxlanılan Hüseyninin, barəsində irəli sürülən işə yenidən baxılması tələbinin rəd edildiyinə görə intihar etdiyi bildirilib.

Qeyd edək ki, insan haqalrı təşkilatlarının məlumatıa görə, ötən il İran həbsxanalarında ən azı 32 məhbus həlak olub.

Onlardan 5-i xəstəlikdən, 20-i intihar səbəbindən həyatını itirib, 7 məhbus isə öldürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar