SON XƏBƏRLƏR

Bu gün Axıskalı türklərin sürgünü günüdür.

2025.11.14, 13:37
Bu gün Axıskalı türklərin sürgünü günüdür.

Bu gün Gürcüstanın Mesxetiya bölgəsində yaşayan türklərin Sovet hökuməti tərəfindən sürgün edilməsinin ildönümüdür.

Gunaz.tv

14 noyabr 1944-cü il tarixində Sovet imperiyasının qərarı ilə  212 kənddə yaşayan 100 minə qədər türk öz evlərindən zorla çıxarılmış, Qazaxıstan, Qırğızıstan və Özbəkistana sürgün edilmişdir.

Sürgün zamanı ağır şərtlər səbəbindən 50 minə qədər insan yollarda dünyasını dəyişmişdir.

Sürgün SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və daha 4.000 NKVD personalı tərəfindən icra olunmuşdur.

Əməliyyatı yerinə yetirmək üçün 34.000.000 (otuz dört milyon) rubl ayrılmışdı. Bu, 1930-cu illərdən 1950-ci illərə qədər sovet etnik azlıqlarının bir neçə milyon üzvünə təsir göstərmiş SSRİ hökumətinin proqramının və əhali köçürmələrinin bir parçası idi. Sürgün prosesi tamamlandıqdan sonra SSRİ hökuməti əsasən xristian ermənilərdən təşkil olunmuş 32.000 nəfəri Mesxetiya ərazisinə yerləşdirmişdir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar