SON XƏBƏRLƏR

Amerika termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

2025.11.15, 10:03
Amerika termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

Amerika avqust ayında taktiki B61-12 termonüvə aviasiya bombasının döyüş başlığı olmadan uğurlu sınağını keçirib.

Gunaz.tv

Bu barədə Amerika Energetika Nazirliyinin Sandia Milli Laboratoriyasının açıqlamasında deyilir.

Qeyd olunur ki, sınaqlar 19–21 avqust tarixləri arasında Nevada ştatındakı poliqonda aparılıb.

Testlər zamanı Amerikanın beşinci nəsil F-35 qırıcıları döyüş başlığı ilə təchiz edilməmiş bombaları yerə atıb.

Sınaqlar Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) ilə koordinasiyalı olaraq həyata keçirilib və silahın effektivliyinin qiymətləndirilməsində mühüm mərhələni ifadə edir.

Bildirilib ki, 2024-cü ilin sonunda NNSA bu aviasiya bombalarının xidmət müddətinin daha 20 il uzadılması proqramını tamamlayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar