SON XƏBƏRLƏR

İranın Ali Milli Təhlükəsizlik Şurası Kərəc bəndində aşkarlanan cəsədlərlə bağlı xəbərlərin dərc olunması ilə bağlı mediaya xəbərdarlıq edib

2025.11.15, 13:49
İranın Ali Milli Təhlükəsizlik Şurası Kərəc bəndində aşkarlanan cəsədlərlə bağlı xəbərlərin dərc olunması ilə bağlı mediaya xəbərdarlıq edib

İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi İrandakı vizual, yazılı və onlayn mediaya Kərəc bəndinin qurumuş yatağında onlarla cəsədin tapılması ilə bağlı hər hansı bir məzmun dərc etməkdən çəkinməyi əmr edib.

Gunaz.tv

Xatırladaq ki, Ötən həftə Əlborz əyalətində nəşr olunan yerli "Pəyam Sepidar" qəzeti Kərəc bəndində suyun səviyyəsinin düşməsi və bəndin yatağının görünməsi ilə "əlləri və ayaqları bağlı və plastik, xalça və ya kilimlə örtülmüş" bənddə qalmış 74 şəxsiyyəti müəyyən edilməmiş cəsədin tapıldığını yazmışdı.

Ancaq Qəzet hesabatı dərc etdikdən bir neçə saat sonra veb saytından cəsədlərin tapılması ilə bağlı bölməni silib.

Xəbər sosial mediada sürətlə yayıldı və çoxlu reaksiyalara səbəb oldu. Xəbər o qədər sürətlə yayılır ki, regional su şirkəti və Əlborz əyalətinin məhkəmə tibb ekspertizası ayrı-ayrılıqda açıqlama verərək xəbəri yalan adlandırırlar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar