SON XƏBƏRLƏR

Amerika noyabrın sonuna kimi Çinlə nadir metallar üzrə saziş imzalanacağına ümid edir

2025.11.17, 12:09
Amerika noyabrın sonuna kimi Çinlə nadir metallar üzrə saziş imzalanacağına ümid edir

Amerika noyabrın sonunadək Çinlə nadir torpaq metalları üzrə yekun saziş imzalanacağına ümid edir.

Gunaz.tv

Bunu Amerika maliyyə naziri Skot Bessent "Fox News"a müsahibəsində deyib.

"Müqaviləni hələ yekunlaşdırmamışıq, lakin ümid edirik ki, Şükran Gününə qədər (bu il noyabrın 27-də qeyd olunur -Qeyd) bunu həyata keçirəcəyik", - deyə o bildirib.

Bessent həmçinin Çinin saziş üzrə öhdəliklərinə əməl edəcəyinə əminliyini ifadə edib: "Əgər etməsələr, bizim çoxlu təsir imkanlarımız var".

Daha əvvəl "The Wall Street Journal" mənbələrə istinadən xəbər verib ki, Çin Pentaqona bağlı şirkətlərə nadir torpaq metalları və bir sıra digər materialların tədarükünü məhdudlaşdıran yoxlanılmış son istifadəçi sistemi yaratmağı düşünür.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar