SON XƏBƏRLƏR

Britaniya 2028-ci ilə qədər Rusiyadan uran idxalını dayandırmaq istəyir

2025.11.18, 11:50
Britaniya 2028-ci ilə qədər Rusiyadan uran idxalını dayandırmaq istəyir

Böyük Britaniya 2028-ci ilə qədər Rusiyadan uran idxalını tam dayandırmağı planlaşdırır.

Gunaz.tv

Bu barədə məlumatı London­dakı Rusiya səfirliyi “İzvestiya”ya açıqlayıb.

Diplomatik nümayəndəlik bildirib ki, əvvəlcə Britaniya hökuməti Rusiyadan uran idxalını 2030-cu ildə tam dayandırmağı planlaşdırırdı, lakin Amerika ilə imzalanan “texnoloji rifah sazişi” çərçivəsində bu müddət 2028-ci ilə çəkilib.

Məlumata görə, söhbət Amerikadan birbaşa uran tədarükündən deyil, Fransanın EDF şirkətinə məxsus olan və mənşə etibarı ilə Rusiyadan olan nüvə yanacağının alınmasından gedir.

Rusiya səfirliyinin açıqlamasında qeyd olunub ki, Londonun Rusiya ilə ticarət məsələlərinə yanaşmasında iqtisadi məqsədəuyğunluq o qədər də həlledici amil sayılmır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar