SON XƏBƏRLƏR

Tramp: Amerikaya yatırılan investisiyalar ilin sonuna kimi 20 trilyon dolları ötəcək

2025.11.18, 11:52
Tramp: Amerikaya yatırılan investisiyalar ilin sonuna kimi 20 trilyon dolları ötəcək

Amerika prezidenti Donald Tramp bəyan edib ki, 2025-ci ilin sonuna kimi ölkə iqtisadiyyatına cəlb olunan investisiyaların həcmi 20–21 trilyon dolları keçə bilər.

Gunaz.tv

O, bunu noyabrın 17-də Ağ Evdə çıxışı zamanı deyib.

Trampın sözlərinə görə, təkcə son doqquz ay ərzində Amerikaya 17 trilyon dollardan çox vəsait yatırılıb və bu rəqəm hazırda “demək olar ki, 18 trilyon dollara çatıb”.

“İlin sonuna ölkəmizə təxminən 20–21 trilyon dollar investisiya qoyulacaq. Bu, indiyə qədər hansısa ölkəyə edilən ən böyük investisiyadan on dəfə çoxdur. Bunun əsas səbəbi tətbiq etdiyimiz rüsumlardır”, – Tramp vurğulayıb.

Xatırladaq ki, Tramp sentyabr ayında da bildirmişdi: tətbiq edilən gömrük rüsumlarıAmerikaya bu il 17 trilyon dollardan çox investisiya cəlb edilməsinə imkan verəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar