SON XƏBƏRLƏR

Xameneinin müşaviri: Amerikalılar bizim qoyduğumuz şərtlər daxilində danışıqlara hazır olduqlarını göstərməlidirlər

2025.11.19, 11:18
Xameneinin müşaviri: Amerikalılar bizim qoyduğumuz şərtlər daxilində danışıqlara hazır olduqlarını göstərməlidirlər

Ehtiram əsasında keçiriləcəyi təqdirdə, İran Amerika ilə nüvə danışıqlarını bərpa etməyə hazırdır.

Gunaz.tv

Bunu İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin xarici siyasət üzrə müşaviri Kamal Xərrazi CNN-ə müsahibəsində deyib.

“Amerikalılar əvvəlcə bizim qoyduğumuz şərtlər daxilində danışıqlara hazır olduqlarını göstərməlidirlər. Bu şərtlər qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında olmalıdır. Bu müzakirələr baş tutmazdan əvvəl konkret gündəlik tərtib olunmalıdır. Təəssüflər olsun ki, Prezident Tramp diplomatik proseslərə inanmır və öz məqsədlərinə çatmaq üçün güc istifadə etməyi daha üstün tutur”, - Xameneinin müşaviri bildirib.

O qeyd edib ki, İranın Amerika ilə danışıqlara başlamaq üçün şərtləri dəyişməyib və İran milli ehtiyacların təmin olunması üçün uranın zənginləşdirilməsinə davam edəcək.

“Biz Amerika ilə yalnız və yalnız nüvə məsələlərini müzakirə edəcəyik” - deyən Xərrazi İranın ballistik raket proqramının genişlənməkdə olduğunu və bu məsələnin danışıqlar masasında olmayacağını vurğulayıb.

Xərrazi iyun ayında İranın nüvə obyektlərinə hücumlardan sonra bu obyektlərə dəyən ziyanın hələ də hesablanmadığı əlavə edib.

İranın rəhbərinin müşaviri həmçinin vurğulayıb ki, Amerika ilə nüvə danışıqları uranın zənginləşdirmə prosesinin özü haqqında yox, zənginləşdirmənin dərəcəsi ətrafında aparılacaq.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar