SON XƏBƏRLƏR

KİV: Tramp administrasiyası Ukraynada müharibənin dayandırılması ilə bağlı Rusiya ilə gizli plan hazırlayır

2025.11.19, 11:27
KİV: Tramp administrasiyası Ukraynada müharibənin dayandırılması ilə bağlı Rusiya ilə gizli plan hazırlayır

Tramp administrasiyası Ukraynada müharibənin dayandırılması məqsədilə Rusiya ilə məsləhətləşmələr çərçivəsində yeni və gizli plan üzərində çalışır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Amerika və Rusiya rəsmilərinə istinadən “Axios” məlumat yayıb.

Məlumata görə, hazırlanmaqda olan 28 bəndlik yol xəritəsi Amerika Prezidenti Donald Trampın Qəzzada atəşkəslə bağlı irəli sürdüyü plan əsasında formalaşdırılıb. Sənəd “Ukraynada sülhün əldə edilməsi, təhlükəsizlik təminatları, Avropada təhlükəsizlik və Amerikanın Rusiya və Ukrayna ilə gələcək münasibətləri” kimi istiqamətləri əhatə edir.

“Axios”un məlumatına görə, planın hazırlanmasına Amerikanın xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir. O, bu məsələni Rusiya tərəfinin nümayəndəsi Kirill Dmitriyev ilə geniş müzakirə edib.

Ukrayna rəsmisinə istinadən bildirilib ki, Uitkoff bu həftənin əvvəlində Mayamidə Ukrayna Prezidenti Volodimir Zelenskinin təhlükəsizlik məsələləri üzrə müşaviri Rustem Umerovla da planla bağlı danışıqlar aparıb.

Amerika rəsmiləri qeyd ediblər ki, Ağ Ev sözügedən təklif barədə Avropa rəsmilərini məlumatlandırmağa başlayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar