SON XƏBƏRLƏR

Elçin Əmirbəyov Efiopiyada görüşlər keçirib

2025.11.19, 11:54
Elçin Əmirbəyov Efiopiyada görüşlər keçirib

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Efiopiya Federativ Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri Abiy Ahmed Ali, Prezident Taye Atske Selassi, parlamentin sədri Tagesse Çafo və xarici işlər naziri Gedion Timofeus ilə görüşlər keçirib.

Gunaz.tv

Aparılan danışıqlar zamanı iki ölkə arasında münasibətlərin indiki durumu və inkişaf imkanları ətraflı şəkildə müzakirə olunub. Ölkəmizin Afrika qitəsi ilə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayan Elçin Əmirbəyov, Efiopiya ilə son zamanlar ikitərəfli və çoxtərəfli müstəvidə müxtəlif sahələrdə dinamik inkişaf edən əməkdaşlıqdan məmnunluğunu ifadə edib, münasibətlərin təkmilləşdirilməsi üçün mühüm potensialın mövcud olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Danışıqlar zamanı E.Əmirbəyov Efiopiya tərəfini Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlər, regionda dayanıqlı sülhün təmin edilməsi üçün atılan addımlar barədə ətraflı məlumat verib. Bu kontekstdə Zəngəzur dəhlizinin ("Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" - TRIPP) Cənubi Qafqazın tranzit potensialının gücləndirilməsinə, o cümlədən regionda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfəsi baxımından strateji əhəmiyyəti izah olunub.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Efiopiyanın aparıcı beyin mərkəzlərindən biri olan Xarici Əlaqələr İnstitutunun təşkilatçılığı ilə Azərbaycan-Afrika İttifaqı, eləcə də Azərbaycan-Efiopiya münasibətləri, Cənubi Qafqazda baş verən geosiyasi proseslər, "Orta Dəhliz" və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın rolu barədə geniş təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Görüşlərdə Elçin Əmirbəyov Ermənistanın təxminən 30 il davam edən işğal siyasətinin nəticəsi kimi Azərbaycanın mədəni irs abidələrinin dağıdılması və ölkəmizin genişmiqyaslı mina problemi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb, bu mövzulara dair nəşrləri onlara təqdim edib.

Səfər çərçivəsində Elçin Əmirbəyov, həmçinin, Efiopiyanın nüfuzlu media qurumu "FANA TV"yə müsahibə verib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar