SON XƏBƏRLƏR

Təhlükəsizlik işçiləri Tahir Nəqəvinin ailəsinin yaşadığı bağa basqın ediblər

2025.11.19, 12:54
Təhlükəsizlik işçiləri Tahir Nəqəvinin ailəsinin yaşadığı bağa basqın ediblər

18 noyabr tarixində təhlükəsizlik işçiləri və mülki geyimli polislər Tahir Nəqəvinin ailəsininkirayə qaldığı bağa basqın ediblər.

Gunaz.tv

Qohumlarının sözlərinə görə, əraziyə daxil olduqdan sonra zabitlər bağdakı bütün avadanlıqları və məkanı məhv edərək sakinlər üçün qorxu və narahatlıq yaradıblar.

Bu hərəkət son aylarda Azərbaycanlı vəkil və vətəndaş fəalına və onun ailəsinə göstərilən təzyiqin davam etdiyini göstərir.

Qeyd edək ki, Tahir Nəqəvi Evin həbsxanasında tibbi müalicədən məhrum şəraitdə saxlanılır və o, haqları bərpa olunana qədər aclıq eyləmini davam etdirəcəyini bildirir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar