SON XƏBƏRLƏR

İran "Talara" tankerini və ekipajın 21 üzvünü azad edib

2025.11.19, 13:43
İran "Talara" tankerini və ekipajın 21 üzvünü azad edib

İran Marşall Adaları bayrağı altında üzən "Talara" neft tankerini və onun göyərtəsindəki ekipajın 21 üzvünü azad edib.

Gunaz.tv

Məlumata görə, Kiprdə yerləşən "Columbia Ship Management" şirkəti ekipaj üzvləri üçün təhlükənin olmadığını bəyan edib.

"Biz onların ailələrinə məlumat vermişik və indi gəmi normal rejimdə işini davam etdirə bilər", - şirkətdən bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, gəmi, onun ekipajı, eləcə də menecerlər və sahiblərinə qarşı heç bir ittiham irəli sürülməyib.

Xatırladaq ki, noyabrın 14-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Marşall Adaları bayrağı altında üzən "Talara" neft tankerini ələ keçirmişdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar