SON XƏBƏRLƏR

Qarakənd faciəsindən 34 il ötür

2025.11.20, 12:33
Qarakənd faciəsindən 34 il ötür

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür - faciədən 34 il ötür.

Gunaz.tv

1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub.

Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun ermənilər tərəfindən vurulması faktı təsdiqlənib.

Ermənilər tərəfindən terror aktının törədildiyi Qarakənd kəndi 2023-cü ildə düşmən tapdağından azad edilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar