SON XƏBƏRLƏR

Ərəb məhbus müalicə olunmamasına görə həbsxanada vəfat edib

2025.11.20, 13:48
Ərəb məhbus müalicə olunmamasına görə həbsxanada vəfat edib

Əhvaz ərəblərindən olan Əmir Nisi Əhvazdakı Şeyban həbsxanasında gərək tibbi xidməti görmədiyinə görə vəfat edib.

Gunaz.tv

Bu barədə Karun insan haqları təşkilatı məlumat verib. Bildirilib ki, Əmir Nisi 15 illik həbs cəzasının 6-cı ilində idi.

Hesabatda deyilir: “Nisi uzun müddətdir fiziki problemlərdən əziyyət çəkirdi və tüklərin batması (saç kistası) üçün müalicənin olmaması səbəbindən bədənində geniş yayılmış infeksiya yaranmışdı. Yüksək qızdırmasına və ümumi vəziyyətinin sürətlə pisləşməsinə baxmayaraq, həbsxana rəsmiləri onu vaxtında həbsxananın xaricindəki tibb mərkəzlərinə köçürməkdən imtina etmişdilər."

Karun insan haqları təşkilatı Əmir Nisinin ölümünün həbsxanaların "səssiz qətllər"inin başqa bir örnəyi adlandırıb. Təşkilat Şeyban Əhvaz həbsxanası rəhbərliyinin məhbusun ölümü ilə bağlı hərəkətlərini pislədiyini, bunu vicdan məhbusunun "qəsdən yaşamaq hüququndan məhrum edilməsinin" bariz nümunəsi hesab etdiyini vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar