SON XƏBƏRLƏR

KİV: Amerika Zelenskinin sülh planını 27 noyabra qədər imzalamasını gözləyir

2025.11.21, 11:24
KİV: Amerika Zelenskinin sülh planını 27 noyabra qədər imzalamasını gözləyir

Ukrayna hakimiyyəti hesab edir ki, Amerika prezidenti Donald Trampın təzyiqi Kiyevi Rusiya ilə sülh planını mümkün qədər tez imzalamağa məcbur etmək istəyindən irəli gəlir.

Gunaz.tv

Bu barədə “Financial Times” (FT) Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Amerika rəsmiləri Vladimir Zelenskinin Rusiya ilə birgə hazırlanmış müqaviləni 27 noyabr tarixinə qədər imzalamasını gözləyirlər.

Qəzet vurğulayır ki, Tramp tərəfindən təsdiqlənən 28 bəndlik sülh planı Kiyevdən əhəmiyyətli güzəştləri əhatə edir.

Rəsmilər həmçinin bildiriblər ki, Ağ Ev ilin sonuna qədər Ukraynadakı münaqişəyə son qoymaq üçün aqressiv şəkildə çalışır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar