SON XƏBƏRLƏR

Məşhəd məhkəməsi azərbaycanlı fəal barədə həbs qərarı çıxartdı

2025.11.21, 12:53
Məşhəd məhkəməsi azərbaycanlı fəal barədə həbs qərarı çıxartdı

Məşhəd şəhərində yaşayan azərbaycan əsilli fəal Seyyid Arman Üskuyi 23 ay azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, İnqilab Məhkəməsi Üskuyini "rəhbəri təhqir etmək" və "hökumətə qarşı təbliğat"da günahlandırıb.

Qeyd edək ki, təhlükəsizlik məmurları 30 yaşlı Seyyid Arman Üsküyini sentyabrın 20-də həbs edərək Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin istintaq təcridxanasına aparıblar.

Bir neçə gün dindirildikdən sonra isə fəal sentyabrın 27-də Məşhədin Vəkilabad həbsxanasına köçürülüb.

O, bundan əvvəl 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarında da həbs edilmişdir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar