SON XƏBƏRLƏR

Təbriz millət vəkili: Hökumətin ana dili təhsili qanun layihəsini təqdim etmək üçün altı aylıq müddəti başa çatır

2025.11.22, 10:56
Təbriz millət vəkili: Hökumətin ana dili təhsili qanun layihəsini təqdim etmək üçün altı aylıq müddəti başa çatır

İran parlamentində Təbriz millət vəkili Əlirza Novin ana dili təhsili planının nəzərdən keçirilməsi prosesindəki davamlı gecikmələrə toxunub.

Gunaz.tv

O, planın əvvəldən müqavimət və təxribatla üzləşdiyini və hökumətin Azərbaycan xalqının gözləntilərinin əksinə olaraq lazımi dəstəyi göstərmədiyini söyləyib. O, ana dilinin tədrisinin vətəndaşların mədəni hüququ olduğunu və hökumətin bu tələbə laqeydliyinin qəbuledilməz olduğunu vurğulayıb.

"Çox erkən mərhələlərdə planın nəzərdən keçirilməsi prosesini gecikdirən təxribat və müqavimətlə qarşılaşdıq. Bu qanun layihəsinin rədd edilməsindən sonra hökumətin qanuna görə parlamentə alternativ qanun layihəsi təqdim etmək üçün altı ayı var idi. Lakin indi biz bu altı aylıq müddətin sonuna yaxınlaşırıq və hökumət hələ heç bir qanun layihəsi təqdim etməyib" - deyə Əlirza Novin bəy "Azərəncümən"a verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, İranda yaşayan on milyonlarla etnik türk uzun illərdir ki, ana dilində təhsil hüququndan məhrumdurlar.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar