SON XƏBƏRLƏR

Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi 2 dəfədən çox artıb

2025.11.22, 11:25
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi 2 dəfədən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Özbəkistan arasında 472 milyon 548 min Amerika dolları dəyərində ticarət əməliyyatları baş tutub.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

10 ayda Özbəkistanla ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,42%-ni təşkil edib.

Dövr ərzində Azərbaycandan Özbəkistana 60 milyon 988 min Amerika dolları dəyərində məhsul ixrac olunub. Bu, illik müqayisədə 93,9% çoxdur. Özbəkistana ixrac Azərbaycanın ümumi ixracının 0,28%-i həcmində olub.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 411 milyon 559 min Amerika dolları dəyərində məhsul idxal edib. Bu isə, illik 2,5 dəfə artım deməkdir. 10 ayda Özbəkistandan idxal Azərbaycanın ümumi idxalının 2,14%-nə bərabər olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar