SON XƏBƏRLƏR

İsrail hələlik İrana hücum etməyəcək - Saar

2025.11.22, 12:19
İsrail hələlik İrana hücum etməyəcək - Saar

İranın təhdidlərinin davam etməsinə baxmayaraq, İsrail hələlik İran hökumətinə hücum etməyəcək.

Gunaz.tv

Bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

O, İranın nüvə və raket proqramını yenidən qurmağa çalışdığını bildirib:

"Onlar bu proqramı geri qaytarmaq üçün çalışırlar və hətta indi də müəyyən dərəcədə ballistik raketlər istehsal edə bilirlər, ancaq bu əvvəlki miqyasda və nəzərdə tutduqları şəkildə deyil".

Xarici işlər naziri bildirib ki, İran ilə İsrail arasında müharibənin baş verməsinə baxmayaraq, İbrahim Sazişlərindəki heç bir islam ölkəsi İsrail ilə əlaqələrini kəsməyib.

O, həmçinin daha çox sülh sazişinin əldə olunacağını söyləyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar