SON XƏBƏRLƏR

Amerika dövlət katibi: Tramp danışıqların gedişindən razıdır

2025.11.24, 11:18
Amerika dövlət katibi: Tramp danışıqların gedişindən razıdır

Amerika dövlət katibi Marko Rubiо bildirib ki, Cenevrədə Ukrayna üzrə keçirilən danışıqlarda əldə olunan irəliləyiş barədə Prezident Donald Trampla danışıb və Tramp prosesin gedişindən razıdır.

Gunaz.tv

Rubiо bunu Cüenevrədə keçirilən danışıqlardan sonra jurnalistlərə deyib.

“Fikrimcə, biz çox böyük irəliləyiş əldə etmişik. Sizinlə son danışığımızdan bəri vəziyyət xeyli dəyişib. Bu gün bura tək bir məqsədlə gəlmişdik: 28 və ya 26 maddədən ibarət olan sənəddə həll olunmamış məsələlərin sayını azaltmaq. Bu gün bunu çox əhəmiyyətli şəkildə bacardıq”,- Rubio vurğulayıb.

Onun sözlərinə görə, yekun razılaşma kimi sənəd Amerika Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən təsdiqlənməlidir:

“Bir neçə məsələ hələ də qalır və onların üzərində işi davam etdirməliyik”.

Rubiо əlavə edib ki, nümayəndə heyətlərinin sülh planı üzərində işi sabah da davam edəcək.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar