SON XƏBƏRLƏR

Merz: Amerikanın Ukrayna planındakı maliyyə müddəaları qəbuledilməzdir

2025.11.24, 11:23
Merz: Amerikanın Ukrayna planındakı maliyyə müddəaları qəbuledilməzdir

Almaniya kansleri Fridrix Merz Amerikanın Ukrayna üzrə hazırladığı sülh planında dondurulmuş Rusiya aktivlərinin bölüşdürülməsi ilə bağlı təklif olunan müddəaları “qəbuledilməz” adlandırıb.

Gunaz.tv

O, bu barədə ARD-yə açıqlama verib.

Kansler qeyd edib ki, Amerika Avropa İttifaqına məxsus vəsaitlə bağlı qərar verə bilməz:

“Əgər kredit ayrılacaqsa, bunu edəcək qurum Avropa İttifaqı olacaq və vəsait Ukraynaya silah alışı üçün təqdim ediləcək”.

Merz vurğulayıb ki, maliyyə mexanizmi ilə bağlı məsuliyyət tam şəkildə Aİ-yə məxsusdur və Vaşinqtonun bu prosesə müdaxiləsi yolverilməzdir.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar