SON XƏBƏRLƏR

Ekoloq xəbərdarlıq etdi - Mazutdan istifadə dərhal dayandırılmalıdır

2025.11.25, 09:46
Ekoloq xəbərdarlıq etdi - Mazutdan istifadə dərhal dayandırılmalıdır

Təbriz Elektrik Stansiyasının dizel yanacağından istifadə etməsi insanların ağciyərlərinə kükürd, ağır metallar və PM 2.5 ilə dolması, zəhərləməsi deməkdir.

Gunaz.tv

Bunu ekoloq və Şərqi Azərbaycan Kənd Təsərrüfatı və Təbii Sərvətlər Tədqiqat və Təhsil Mərkəzinin rəhbəri Əhməd Babyburdi yazıb.

"Bu çirklənmə insult, astma və xərçəngə səbəb olur və qış aylarında dahada genişlənir. Dizel yanacağından istifadənin heç bir əsası yoxdurvə bu dərhal dayandırılmalıdır",- ekoloq əlavə edib.

Qeyd edək ki, Təbrizdə hava çirkliliyi təhlükəli səviyyəyə çatıb və bunun əsas amillərindən biri Təbriz İstilik Elektrik Stansiyasında dizel yanacağından istifadədir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar