SON XƏBƏRLƏR

Azərbaycanlı fəalların ailələrinə təzyiqlər artır

2025.11.25, 13:34
Azərbaycanlı fəalların ailələrinə təzyiqlər artır

Evin həbsxanasında həbsdə olan Azərbaycanlı fəal Araz Amanın həyat yoldaşı Fatimə Əsədi bilinməyən şəxslər tərəfindən təhdid mesajları alır.

Gunaz.tv

Bu barədə Fatimə Əsədi xanım özünün sosial media hesabında paylaşım edib. O, təhdid mesajlarının ekran görüntüsünü paylaşıb.

Mesajı yazan şəxs onu terrorçu qruplarla əlbir olmaqda ittiham edib. “Etiraf etsəniz, cəzanız azaldılacaq, əks halda ən ağır cəza ilə qarşılaşacaqsınız” - deyə təhdid mesajında qeyd edilib.

Qeyd edək ki, İran təhlükəsizlik orqanları Azərbaycanlı istifadəçilərin sosial şəbəkələrdəki ən sadə fəaliyyətlərini belə “separatçı davranış” aktları hesab edir və bundan həbs və qorxutma üçün əsas kimi istifadə edir.

Bundan başqa, siyasi məhbusların ailələrinə təzyiq İranda sistematik repressiya metodlarından biridir.

Araz Aman 2024-cü ilin fevralın 7-də həbs edilib və "casusluq" ittihamı ilə 8 il, "milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" ittihamı ilə isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar