SON XƏBƏRLƏR

Mehdi Fərəhi Şəndiz Azərbaycanlı fəallara dəstək verib

2025.11.25, 13:58
Mehdi Fərəhi Şəndiz Azərbaycanlı fəallara dəstək verib

Evin Həbsxanasında həbsdə olan siyasi məhbus Mehdi Fərəhi Şəndiz Azərbaycanlı fəallar Vədud Əsədi və Tahir Nəqəviyə dəstək məqsədilə aclıq eyləminə başlayıb.

Gunaz.tv

Mehdi Fərəhi Şəndiz 24 noyabr tarixindən etibarən aclıq eyləminə başladığını bildirib.

Tehranın Evin Həbsxanasında Azərbaycan fəallarının eyni vaxtda aclıq eyləmi keçirməsi onların sağlamlıqları ilə bağlı narahatlıqları artırıb.

Xatırladaq ki,  Vədud Əsədi və Tahir Nəqəvi onlara qarşı ədalətli mühakimə həyata keçirilmədiyi təqdirdə aclıq eyləmini davam etdirəcəklərini bildiriblər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar