SON XƏBƏRLƏR

NATO baş katibinin müavini Ukraynada səfərdədir

2025.11.26, 11:35
NATO baş katibinin müavini Ukraynada səfərdədir

NATO Baş katibinin müavini Radmila Şekeriniskaya Ukraynaya səfər edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko Telegram kanalında məlumat verib.

Sviridenko bildirib ki, görüş zamanı PURL proqramının Ukraynanın silah ehtiyaclarının təminində effektiv mexanizm olduğu bir daha təsdiqlənib. Onun sözlərinə görə, proqram fəaliyyətə başladığı vaxtdan bəri Ukraynaya ayrılan maliyyə dəstəyi 3 milyard dollardan artıq olub.

Tərəflər həmçinin Ukraynanın enerji təhlükəsizliyi və kritik infrastrukturun qorunması məsələlərini müzakirə ediblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar