SON XƏBƏRLƏR

Lübnan: Biz İranın daxili işlərimizə müdaxiləsini qəbul etmirik

2025.11.27, 13:35
Lübnan: Biz İranın daxili işlərimizə müdaxiləsini qəbul etmirik

Lübnanın xarici işlər naziri Yusif Raci İranı Lübnanın daxili işlərinə müdaxilə etməməyə çağırıb.

Gunaz.tv

Bir neçə gün öncə İranın xarici işlər naziri Abbas Əraqçi sosial media paylaşımında İranın Lübnanın daxili işlərini qarışmadığını bildirmişdi və Lübnanlı həmkarını danışıqlara dəvət etmişdi.

Ancaq 25 noyabr tarixində İran İslam Respublikası liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Tasnim Xəbər Agentliyinə verdiyi müsahibədə "bu gün Hizbullahın mövcudluğu Lüban üçün çörək və sudan daha vacibdir" deyərək münasibətləri yenidən gərginləşdirmişdi.

Bu açıqlamalara cavab olaraq, Lübnanın xarici işlər naziri Yusif Raci Abbas Əraqçinin paylaşımına münasibət bildirib.

“Liderinizin müşaviri peyda olub bizə Lübnanda nəyin vacib olduğunu öyrədənə və Hizbullahın tərksilah edilməsinin nəticələri barədə xəbərdarlıq edənə qədər İranın Lübnanın daxili işlərinə qarışmadığı barədə sözlərini qəbul etməyə həqiqətən hazır idim.” - deyə Yusif Raci bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar