SON XƏBƏRLƏR

Xamenei: İran Amerikanın hazırkı hökumətini dialoqa layiq tərəfdaş hesab etmir

2025.11.28, 11:27
Xamenei: İran Amerikanın hazırkı hökumətini dialoqa layiq tərəfdaş hesab etmir

Amerika 12 günlük müharibə zamanı ən müasir hərbi texnikadan istifadə etsə də, İran xalqının müqaviməti qarşısında nəticə əldə edə bilmədi.

Gunaz.tv

Bunu İranın rəhbəri Əli Xamenei deyib.

Qəzza zolağındakı müharibəyə toxunan Xamenei qeyd edib ki, bölgədə baş verən “soyqırım” və onun məsul şəxsləri “bütün dünya tərəfindən lənətlənir”. O, İsrailin Baş nazirini “dünyanın ən çox nifrət edilən adamı” adlandırıb.

Xameneinin sözlərinə görə, Qəzza müharibəsi Vaşinqtonu beynəlxalq arenada “indiyə qədər görünməmiş dərəcədə təcrid vəziyyətinə” salıb. O, bunun səbəbi kimi Amerikanın İsrailə açıq dəstəyini göstərib.

Əli Xamenei Amerika administrasiyasını “müharibə təhrikçisi” adlandıraraq, İranın bu hökuməti dialoqa layiq tərəfdaş hesab etmədiyini vurğulayıb.

O, həmçinin Amerikanı Ukraynada müharibənin başlanmasına səbəb olmaqda ittiham edib və baş verən münaqişənin əsas günahkarı kimi Vaşinqtonu göstərib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar