SON XƏBƏRLƏR

Əhvazlı iki ərəb vətəndaş ağır sosial durum və işsizlik üzündən həyatlarına son qoyublar

2025.11.28, 13:50
Əhvazlı iki ərəb vətəndaş ağır sosial durum və işsizlik üzündən həyatlarına son qoyublar

Əhvazlı iki ərəb vətəndaş ağır sosial durum və işsizlik üzündən həyatlarına son qoyublar.

Gunaz.tv

Dezfulda yaşayan 23 yaşlı Mahir Səvari 26 noyabrda toy mərasimindən bir neçə saat əvvəl atasının evində həyatına son qoyub. Mahir Səvarinin qohumlarının sözlərinə görə, ağır sosial durum və işsizlik bu hadisənin əsas səbəbi olub.

Bundan başqa, 26 noyabrda Əhvazın Qəzaviyə Bozorq kəndində yaşayan ərəb vətəndaşı Zavad Naseri də eyni səbəblərdən intihar edib.

Qeyd edək ki, Əhvaz neftlə zəngin bölgə olsa da İran hökumətinin müstəmləkəçi və ərəb əleyhdarı siyasəti səbəbindən bu bölgə ciddi yoxsulluq və işsizliklə mübarizə aparır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar