SON XƏBƏRLƏR

Hakan Fidan: İstanbul danışıqlarına yenidən ev sahibliyi etməyə hazırıq

2025.11.28, 15:33
Hakan Fidan: İstanbul danışıqlarına yenidən ev sahibliyi etməyə hazırıq

Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müzakirələrinin yenidən İstanbulda davam etdirməsi üçün Türkiyənin hazır olduğunu bildirib.

Gunaz.tv

Hakan Fidan müzakirə masasından geri çəkilməməyin vacib olduğunu bildirib.

“Birbaşa danışıqların bir çox mövzuda məhsuldar nəticələr verdiyini gördük və Cenevrədə yeni perspektivin formalaşdığını müşahidə edirik. Müzakirə zəminini qorumaq vacibdir. Türkiyə olaraq İstanbul danışıqlarına yenidən ev sahibliyi etməyə və birbaşa danışıqları dəstəkləməyə hazırıq. Müzakirə masasında geri çəkilməmək lazımdır”, - Hakan Fidan qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar