SON XƏBƏRLƏR

Əraqçi və Kallas Tehranın nüvə proqramını müzakirə ediblər

2025.11.29, 10:39
Əraqçi və Kallas Tehranın nüvə proqramını müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas telefon danışığı zamanı Tehranın nüvə proqramını müzakirə ediblər.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata görə, tərəflər həmçinin İran ilə Avropa İttifaqı arasındakı münasibətləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Əraqçi Tehranın nüvə proqramı ilə bağlı İranın mövqeyini təqdim edib.

"Onlar İran və Avropa tərəfləri arasında regional və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi üçün təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar", – deyə İran XİN bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar