SON XƏBƏRLƏR

Rubio NATO xarici işlər nazirlərinin görüşündə iştirak etməyəcək

2025.11.29, 10:43
Rubio NATO xarici işlər nazirlərinin görüşündə iştirak etməyəcək

Amerika Dövlət katibi Marko Rubio dekabrın 3-də Brüsseldə keçiriləcək NATO ölkələrinin xarici işlər nazirlərinin görüşünü buraxmağı planlaşdırır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.

Agentliyin həmsöhbətlərindən biri bildirib ki, görüşə Dövlət Departamentinin rəhbəri əvəzinə onun müavini Kristofer Landau qatıla bilər. Dövlət katibinin görüşü niyə buraxmağı planlaşdırdığı isə məlum deyil.

"Reuters" qeyd edib ki, NATO XİN sammitində dövlət katibinin iştirak etməməsi "son dərəcə qeyri-adi hal"dır. Sonuncu dəfə dövlət katibinin səfəri 2017-ci ildə, vəzifəni Reks Tillerson icra edərkən müzakirə olunmuşdu. O zaman görüş onun qrafikinə uyğunlaşdırmaq üçün təxirə salınmışdı.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar