SON XƏBƏRLƏR

Almaniya Ukraynaya rekord məbləğdə hərbi yardım edəcək

2025.11.29, 10:54
Almaniya Ukraynaya rekord məbləğdə hərbi yardım edəcək

Bundestaq (Almaniya Parlamenti) cari illə müqayisədə 21,5 milyard avro artımla təxminən 524,5 milyard avro məbləğində xərcləri nəzərdə tutan 2026-cı il üçün dövlət büdcəsini təsdiqləyib.

Gunaz.tv

Büdcəyə həmçinin Ukraynaya rekord - 11,5 milyard avro məbləğində maliyyə yardımı da daxildir.

Vəsait PUA-ların, zirehli daşıyıcıların və digər silahların təchizatına, eləcə də artilleriya ehtiyatlarının doldurulmasına sərf olunacaq.

Ümumilikdə isə Almaniyanın müdafiə xərcləri təxminən 108 milyard avroya qədər artacaq ki, bu da Soyuq Müharibənin sonundan bəri ən yüksək rəqəmdir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar