SON XƏBƏRLƏR

İran neft tankerini ələ keçirib

2025.11.30, 13:39
İran neft tankerini ələ keçirib

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) körfəzdə Svazilend bayrağı altında üzən neft tankerini ələ keçirib.

Gunaz.tv

Bu haqda Hərbi Dəniz Qüvvələrinin İkinci Region Komandanı Heydər Hünərban Mücərrəd bildirib.

O, tankerin 370 min litr qanunsuz yanacaq daşıdığı üçün saxlanıldığını iddia edib.

Hünərban Mücərrəd, neft tankerinin qonşu ölkə vətəndaşları olan 13 nəfər ekipaj üzvünün də saxlanıldığını söyləyib.

SEPAH rəsmisi ekipaj üzvlərinin hansı ölkə vətəndaşları olduqları barədə açıqlama verməyib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar