SON XƏBƏRLƏR

Zelenski Amerikada keçirilən görüşlə bağlı bəzi məqamları açıqlayıb

2025.12.01, 11:59
Zelenski Amerikada keçirilən görüşlə bağlı bəzi məqamları açıqlayıb

Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov Amerika nümayəndə heyəti ilə görüşün başa çatmasından sonra dialoqun əsas parametrləri barədə Ukrayna prezidenti Volodimir Zelenskiyə məruzə edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri öz “Telegram” kanalında məlumat verib.

“Bu gün komandaların Amerikadakı işinin başa çatmasından sonra Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov dialoqun əsas parametrləri, vurğuları və bəzi nəticələr barədə məruzə etdi. İşləməyə davam edəcəyik. Komandamızdan tam hesabatı şəxsi görüşdə gözləyirəm”, – Zelenskinin bildirib.

O qeyd edib ki, söhbət konstruktiv olub və bütün məsələlər açıq şəkildə müzakirə edilib.

Zelenski Amerikaya, Prezident Trampın komandasına və şəxsən Prezidentə Ukraynada müharibənin sona çatdırılması üçün göstərilən vaxt və səylərə görə təşəkkür edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar