SON XƏBƏRLƏR

İsrail İranla yeni müharibə üçün hazırlaşıb- Baram

2025.12.01, 15:53
İsrail İranla yeni müharibə üçün hazırlaşıb- Baram

İsrail İranla mümkün yeni müharibə üçün yeni texnologiyalar hazırlayıb.

Gunaz.tv

Bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisinin müavini Əmir Baram deyib.

"Yeni bir paradiqmanın formalaşmasından əvvəl kritik bir mərhələdəyik", - o əlavə edib.

İsrailin müdafiə texnologiyasında unikal bir ekosistem yaratdığını deyən Əmir Baram, bunu yalnız bir neçə ölkənin təkrarlaya biləcəyini və bunun onilliklər boyu davam edən əməliyyat təcrübəsinin və mövcud təhlükəsizlik təhdidləri ilə üzləşməyin nəticəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, bununla eyni vaxtda İsrailin "JFeed" nəşri də Təl-Avivin Donald Tramp hakimiyyətinin sonuna kimi İran hökumətini devirmək istədiyini yazıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar