SON XƏBƏRLƏR

İran polisi Cənubi Koreya vətədaşlarını həbs edib

2025.12.02, 10:29
İran polisi Cənubi Koreya vətədaşlarını həbs edib

İran polisi ölkənin cənubunda yerləşən Buşehr əyalətində iki Cənubi Koreya vətəndaşını bir iranlı ilə birlikdə qaçaqmalçılıq ittihamına görə həbs edib.

Gunaz.tv

Bu haqda Cənubi Koreyanın "Yunhab" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, həbs olunan koreyalılardanbiri dövlət qurumunun əməkdaşı, başqa biri isə mülki vətəndaşdır.

“İrandakı diplomatik missiyamız bu məsələ ilə bağlı İslam Respublikasının hakimiyyəti ilə danışıqlar aparır və Koreya vətəndaşlarına lazımi konsulluq xidmətləri göstərməyə davam edəcək”,- Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl İranın cənubunda yerləşən Buşehr əyalətinin polis rəisi Heydər Susəni xarici vətəndaşların həbs olunduğu barədə məlumat yayıb.

O, "xarici vətəndaşlardan ibarət mütəşəkkil peşəkar dəstə"nin ölkəyə tibbi və əczaçılıq məhsullarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etdikləri zaman saxlanıldıqlarını bildirib.

Susni iki Cənubi Koreya vətəndaşının həbs olunduğunu təsdiqləyib və onların qaçaqmalçılıq yükünü ölkənin cənubundakı Rig limanından Tehrana daşımağı planlaşdırdıqlarını söyləyib.

Onun sözlərinə görə, Botoks və gözəllik inyeksiyaları ilə əlaqəli 40.000 tibbi ampula kimi əşyaları daşıyan ələ keçirilən yük maşınının lisenziyası və gömrük sənədləri olmayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar