SON XƏBƏRLƏR

Təbrizdə tarixi abidə dağıdıldı

2025.12.02, 11:43
Təbrizdə tarixi abidə dağıdıldı

Təbrizdə islam dünyasının ilk universitetinolan Rəbi Rəşidi kompleksində yerləşən eyni adlı tarixi hamam dağıdılıb.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, tarixi abidə Təbriz Bələdiyyəsi tərəfindən verilən tikinti icazəsi əsasında bulduzerlərlə dağıdılıb.

Mədəni fəalların və yerli əhalinin müraciətlərinə baxmayaraq, Mədəni İrs Nazirliyi və Şərqi Azərbaycan Mədəni İrs Təşkilatı söküntü əməliyyatlarını dayandırmaq üçün heç bir tədbir görməyib.

Qeyd edək ki, bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkianın tarixi əsərlərlə bağlı keçirilən tədbirdə minlərlə abidə arasında yalnız “Rəb-i Rəşidi“ kompleksinin adını çəkmiş, onun bərpası və qorunması barədə göstəriş vermişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar