SON XƏBƏRLƏR

KİV: Tramp Madurodan Venesuelanı tərk etməsini tələb edib

2025.12.02, 12:07
KİV: Tramp Madurodan Venesuelanı tərk etməsini tələb edib

Amerika Prezidenti Donald Trampın Venesuela Prezidenti Nikolas Maduro ilə keçirdiyi qısa telefon danışığından sonra Venesuela liderinin ölkəni Amerika təminatlı təhlükəsiz keçidlə tərk etməsi üçün imkanları xeyli azalıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyə danışan dörd mənbənin bildirdiyinə görə, Tramp söhbət zamanı Maduronun bir sıra tələblərini rədd edib.

Mənbələrə əsasən, noyabrın 21-də 15 dəqiqədən az davam edən telefon danışığında Tramp Maduroya Venesuelanı ailəsi ilə birlikdə bir həftə ərzində tərk etməli olduğunu bildirib və istənilən ölkəni seçə biləcəyini vurğulayıb. Bu müddət 28 noyabrda başa çatıb. Bunun ardınca Tramp 29 noyabrda “Truth Social” platformasında paylaşım edərək, “bütün aviaşirkətlərin, pilotların, narkotik və insan alverçilərinin” Venesuela üzərində və ətrafında hava məkanını “tamamilə bağlı” hesab etməli olduqlarını qeyd edib.

“Reuters“ yazır ki, Maduro telefon danışığında ölkəni tərk etməyə hazır olduğunu bildirib, lakin bunun üçün tam hüquqi amnistiya, bütün Amerika sanksiyalarının ləğvi, həmçinin ona qarşı Beynəlxalq Cinayət Məhkəməsində aparılan prosesin dayandırılmasını tələb edib. O, Amerika sanksiyalarının 100 Venesuela rəsmisi üçün də aradan qaldırılmasını istəyib. Bundan əlavə, yeni seçkilərə qədər keçid hökumətinə hazırkı vitse-prezident Delci Rodrigezin rəhbərlik etməli olduğunu vurğulayıb.

Mənbələrin sözlərinə görə, Tramp Maduronun tələblərinin böyük əksəriyyətini rədd edib. Buna baxmayaraq, Maduroyun Venesuelanı tərk etməsi ilə bağlı danışıqların davam etdirilə biləcəyi istisna olunmur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar