SON XƏBƏRLƏR

Məhbus milli fəallar ailələri ilə danışıblar

2025.12.02, 15:00
Məhbus milli fəallar ailələri ilə danışıblar

Tehranın Evin həbsxanasının 209 saylı təhlükəsizlik bölməsində saxlanılan milli fəallar Abbas Lisani və Əli Xeyrcu ailələri ilə telefon əlaqəsi saxlayıblar.

Gunaz.tv

Bununla bağlı adı çəkilən fəalların yaxınları məlumat yayıb.

Bildirilib ki, adı çəkilən fəallar qısa telefon danışığı zamanı sağlıq durumlarında problem olmadığını deyiblər.

Abbas Lisani və Əli Xeyrcu ilə eyni vaxtda həbs edilən və eyni bölmədə saxlanılan Behzad Dəşti və Yusif Karinin isə bu müddət ərzində ailələri ilə danışmalarına icazə verilməyib.

Xatırladaq ki, Abbas Lisani, Əli xeyrucu, Behzad Dəşti və Yusif Kari noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq aksiyası keçirən azərbaycanlı məhbs fəallara dəstək üçün oturaq aksiya keçirdikləri vaxt həbs ediliblər.

Qeyd edək ki, Tahir Nəqəvi və Vədud Əsədi 1 aydan çoxdur barələrində çıxarılan ədalətsiz hökmə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq aksiyası keçirirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar